Azərbaycanda vergi ödəyicilərinin sayı artdı

Azərbaycanda vergi ödəyicilərinin sayı artdı

Hazırda oxunan: Azərbaycanda vergi ödəyicilərinin sayı artdı

0:00
0:00
49483

Bu il dekabrın 1-nə Azərbaycanda 1 321 539 vergi ödəyicisi uçotda olub.

Bizim.Media İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-nə nisbətən 9,9% çoxdur.

MÖVZU İLƏ BAĞLI:

İşğaldan azad olunmuş ərazilərdə işləyən bu insanlara vergi güzəştləri ediləcək


Vergi ödəyicilərinin 87,8%-i fiziki şəxslər, 12,2%-i faizi hüquqi şəxslər və digər təşkilatlardır.

Son 1 ildə ölkədə kommersiya qurumlarının sayı 8,4% artıb. 2021-ci ilin yanvar-noyabr aylarında 10 769 kommersiya qurumu dövlət qeydiyyatına alınıb ki, bu da illik müqayisədə 28,5% çoxdur. Hesabat dövründə qeydiyyatdan keçmiş kommersiya qurumlarının 90,7%-i yerli, 9,3%-i xarici investisiyalı müəssisələr olub.

Kommersiya qurumlarının 82,8%-i elektron qaydada, 17,2%-i isə kağız daşıyıcıları vasitəsilə edilmiş müraciətlər əsasında qeydə alınıb.

Yanvar-noyabr ayları ərzində dövlət qeydiyyatına alınmış yerli investisiyalı kommersiya qurumlarının sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 37,6% artıb ki, bu da bütünlüklə elektron qeydiyyatın sayının artması hesabına baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO