Uşaq evlərindən ayrılan gənclərə mənzil verildi - FOTO

Uşaq evlərindən ayrılan gənclərə mənzil verildi - FOTO

Hazırda oxunan: Uşaq evlərindən ayrılan gənclərə mənzil verildi - FOTO

49432

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum şəxslərdən daha bir qrupuna Abşeron rayonundakı yaşayış kompleksindən mənzillər verib.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, yeni mənzillərin açarlarını Sosial Xidmətlər Agentliyinin sədr müavini Faiq Ağayev təqdim edib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, həssas əhali qruplarından olan digər şəxslərin də sosial-məişət şəraiti yaxşılaşdırılır. Bu tədbirlər dövlət uşaq müəssisələrinin məzunlarını da əhatə edir.

Sosial Xidmətlər Agentliyinin “Məzun evi” sosial xidmət müəssisəsi kimi fəaliyyət göstərən yaşayış binalarında 365 məzun mənzillə təmin olunub. Müəssisədə onlara sosial məsləhət, sosial-hüquqi və s. xidmətlər də göstərilir.

Eyni zamanda, yeni yaşayış komplekslərindən dövlət uşaq müəssisələrinin məzunlarına da mənzillər verilir və həmin kateqorioyaya aid 186 vətəndaş bu il yeni yaşayış binalarında mənzillərlə təmin edilib.

Yeni mənzillə təmin olunan məzunlar daim diqqət və qayğı ilə əhatə olunduqlarına, mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO