Evlənəcəyi adamı yuxusunda görmək üçün bunu edir: “Yastığın altına...”

Evlənəcəyi adamı yuxusunda görmək üçün bunu edir: “Yastığın altına...”

Hazırda oxunan: Evlənəcəyi adamı yuxusunda görmək üçün bunu edir: “Yastığın altına...”

49208

Türkiyəli aktrisa Demet Özdəmir proqramda özəl həyatı ilə bağlı təəccüblü açıqlamalar verib.

Bizim.Media xəbər verir ki, aktrisa həyatda saf olduğunu, hər kəsə inandığını bildirib:
 

"Etdiyim saflıqlar var. Bir dostumun pula ehtiyacı var idi. Kirayə haqqını ödəmək istədiyini deyib ona pul göndərdim. Məlum oldu ki, o, həmin məbləğlə münasibətdə olduğu qıza nikah üzüyü alıb".


O, arzularından danışarkən "Uşaqlıqdan bəri ən böyük arzum Norveçdə yaşamaq və balıqçı olmaqdır. Səhər saat beşdə durub qayığımla balıq tutmağa getmək istəyirəm" sözlərini işlədib.

Aktrisa eşq həyatında qısqanc olduğunu etiraf edib:

"Sevgilimin gündəliyini tapsam, onu oxuyardım. Amma 20 il əvvəl yaşadığı eşq haqqında oxusam belə, bu münasibəti pozardım. İçim içimi yeyərdi. Dərhal özümlə müqayisələr apararam. Çox qısqancam.
 

Əgər ilk dəfə köçdüyüm evdə və ya ilk dəfə evində qaldığım dostumgildəyəmsə, dərhal yastığın altına açar qoyuram. Evlənəcəyim adamı yuxumda görmək üçün. Amma hələ ki, heç nə görməmişəm".


Qeyd edək ki, Demet Oğuzhan Koçla sevgilidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO