Omikrona qarşı yeni PEYVƏND:

Omikrona qarşı yeni PEYVƏND: "Gələn aydan istehsala başlanıla bilər"

Hazırda oxunan: Omikrona qarşı yeni PEYVƏND: "Gələn aydan istehsala başlanıla bilər"

49163

Cənubi Afrikada aşkarlandıqdan sonra 40-a yaxın ölkəyə yayılan COVID-19-un  Omikron ştamı ilə mübarizə üçün tədbirlər daha da genişləndirilir.  

Bizim.Media “BBC”-yə istinadən xəbər verir ki, peyvənd istehsalçısı “Moderna” yeni ştama qarşı vaksin hazırlanmasına başladıqlarını elan edib.  

Belə ki, peyvənd hazırlanmasında mRNA texnologiyasından istifadə edən “Moderna”nın tibb üzrə baş direktor müavini Pol Berton açıqlama verib. Berton yeni varianta qarşı hazırlana biləcək peyvənddən də danışıb: 

“Hazırda istifadə olunan peyvəndlərin yeni varianta qarşı təsirini yaxın həftələrdə öyrənə biləcəyik. Əgər yeni vaksin hazırlamalı olsaq, 2022-ci ilin əvvəlində onu böyük həcmdə istehsal edə bilərik”. 

Qeyd edək ki, daha əvvəl “Pfizer” və “Johnson & Johnson” da Omikrona qarşı peyvənd hazırlamağa başladıqlarını elan etmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO