Premyer Liqa: İlk oyun günündə 2 qarşılaşma

Premyer Liqa: İlk oyun günündə 2 qarşılaşma

Hazırda oxunan: Premyer Liqa: İlk oyun günündə 2 qarşılaşma

49001

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək.

Bizim.Media-nın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçında autsayderlər qarşılaşacaqlar. 10 xalla 7-ci pillədə qərarlaşan "Keşlə" özündən 1 xal az toplayan və sonuncu sırada yer alan "Səbail"i qəbul edəcək.

Saat 16:00-da başlayacaq görüşün baş hakimi FIFA referisi Rauf Cabbarov olacaq.

Günün son oyunu "Qarabağ" və "Sabah" komandaları arasında olacaq. Hazırda Ağdam klubu 27 xalla turnir cədvəlinə başçılıq edir. 14 xalı olan paytaxt təmsilçisi isə 5-cidir.

FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi görüş saat 18:15-də başlayacaq.

Qeyd edək ki, tura dekabrın 5-də keçiriləcək "Neftçi" - "Sumqayıt" və "Zirə" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO