OPEC-in qərarı neftin ucuzlaşma riskini artırır

OPEC-in qərarı neftin ucuzlaşma riskini artırır

Hazırda oxunan: OPEC-in qərarı neftin ucuzlaşma riskini artırır

48923

"OPEC+"un neft hasilatını artırmaq qərarı xammalın qiymətinin azalması riskini yüksəldir.

Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Capital Economics" konsaltinq şirkətinin hesabatında deyilir.

"Bu xəbər koronavirusun "omikron" ştammının xammala tələblə bağlı qeyri-müəyyənliyi artırması fonunda neft qiymətlərinə onsuz da yüksək olan təzyiqi daha da gücləndirir. Biz hesab edirik ki, ABŞ-ın neft ehtiyatlarını satışa çıxarması barədə qərarı "OPEC+"un hasilatı artırmaqla bağlı planlarını işə salmaqda əsas səbəblərdən biri oldu. OPEC+ iri neft istehlakçıları tərəfindən növbəti addımları tətikləmək istəmədiyi üçün bu addımı ata bilər”, - deyə hesabatda qeyd olunub.

Qeyd edək ki, OPEC+ ölkələrinin 23-cü nazirlər iclasında neft hasilatının yanvar ayından etibarən 400 min barel/sutka artırmaq barədə qərar qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO