Angela Merkel vida mərasimindəki mahnı seçimi ilə diqqət çəkdi - VİDEO

Angela Merkel vida mərasimindəki mahnı seçimi ilə diqqət çəkdi - VİDEO

Hazırda oxunan: Angela Merkel vida mərasimindəki mahnı seçimi ilə diqqət çəkdi - VİDEO

48918

Almaniyanın kansleri Angela Merkelin vəzifəsini tərk etməsi münasibətilə Bundesver Orkestrinin müşayiəti ilə təntənəli mərasim təşkil edilib.

Bizim.Media xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin həyətində keçirilən mərasimdə Merkel yeni Nazirlər Kabinetinə uğurlar arzulayıb. 

Kansler vida mərasimində hərbi orkestrə mahnı sifariş edib.

Almaniyada mövcud olan ənənəyə görə, yüksək vəzifəli siyasətçi vida mərasimi üçün Bundesver Orkestrinə bir neçə musiqi sifariş verə bilər.

Merkel də alman pank-rok əfsanəsi Nina Hagenin “You Forgot Your Color Film” (Du hast den Farbfilm vergessen – “Rəngli filmini unutmusan”) mahnısını seçib.

Siyasətçi sifariş etdiyi musiqinin gənclik illərində daha çox diqqətini çəkməsi ilə əlaqələndirib. Nərasim dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

16 il Almaniyanın kansleri olan Merkelin hələ bir neçə gün kansler səlahiyyətlərini icra edəcəyi bildirilir.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO