Moskvada “Dağlıq Qarabağ” mərkəzi AÇILIR – İdeya müəllifi Modest Kolerov kimdir?

Moskvada “Dağlıq Qarabağ” mərkəzi AÇILIR – İdeya müəllifi Modest Kolerov kimdir?

Hazırda oxunan: Moskvada “Dağlıq Qarabağ” mərkəzi AÇILIR – İdeya müəllifi Modest Kolerov kimdir?

48900

Moskvada “Dağlıq Qarabağ”ın öyrənilməsi üçün informativ-analitik mərkəz yaradılır. Mərkəzdə Qarabağın dağlıq hissəsində olmuş, oradakı insanlarla (ermənilər ilə) vaxtaşırı əlaqə saxlayan ekspertlər təmsil olunacaq.

Bizim.Media xəbər verir ki, sözügedən mərkəz ermənipərəst “REGNUM”un tərkibində fəaliyyət göstərəcək.

MÖVZU İLƏ BAĞLI:

“Bakı və İrəvan öz ərazilərindəki marşrutlara nəzarət edəcək” – Rusiya XİN


Mərkəzə rəhbərliyi də elə ermənipərəst KİV-in baş redaktoru Modest Kolerov edəcək.

Əsas planları Qarabağda yaşayan ermənilər barədə materiallar hazırlamaq, oradakı ermənilərin problemlərini işıqlandırmaqdır. Mərkəz həmçinin “Artsax” təmsilçiləri ilə də əməkdaşlığı qarşısına məqsəd qoyub. 

⦁  Modest Kolerovun Cənubi Osetiya və Abxaziya medalları var. Deyəsən, “Artsax”dan da orden gözləyir.

⦁  Onun rəhbərlik edəcəyi mərkəzin adında “Dağlıq Qarabağ” arxaizminin olması fəaliyyət sferalarını aydınlaşdırır.

⦁  Separatçılara əməkdaşlıq təklifi isə Azərbaycana olduğu kimi, Rusiyaya da hörmətsizlikdir.

Çünki Kolerov kimilərinin “Artsax” dediyi əraziyə Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonası kimi təyinatını təsdiqləyən sənədin digər bəndlərində separatçıların tərkisilah və başqa öhdəlikləri yer alıb.

Bundan başqa “REGNUM”un tirajlandığı Rusiyanın lideri Vladimir Putin də dəfələrlə Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını bildirib.

Görünür, “dığa təfəkkürlü”lər Azərbaycanı qıcıqlandırmaq və Bakının Kreml ilə arasını vurmağa çalışırlar. Hər halda, Moskvada bu tip separatçı fəaliyyətlərin Bakıdan cavabı səslənəcək. Elə bizim dərc etdiyimiz ilk etiraz axırıncı yox, axarıncı olacaq.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO