Kartı olmayan sərnişin ödəniş terminalını sındırdı - VİDEO

Kartı olmayan sərnişin ödəniş terminalını sındırdı - VİDEO

Hazırda oxunan: Kartı olmayan sərnişin ödəniş terminalını sındırdı - VİDEO

48893

Dekabrın 1-i saat 18:50 radələrində 49 saylı xətt avtobusunda sərnişinlərdən biri sürücü ilə mübahisə edib və ödəniş terminalını sındırıb.

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Sürücü nağd ödəniş etmək istəyən sərnişinə ödənişin kartla olduğunu bildirməsinə görə mübahisə baş verib. Daha sonra başqa bir sərnişin onun yerinə kartla ödəniş edib. 

Həmin şəxs düşərkən yenidən mübahisə edib və bu zaman ödəniş terminalını yumruq zərbəsi ilə sındırıb. Nəticədə, şirkətə 13 400 manat ziyan dəyib. 

Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi araşdırma aparır.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO