Bakıda restoranda oğurluq olub.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə noyabrın 29-da rayon ərazisindəki restoranların birindən 3 500 manat dəyərində paltonun oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini L.Süleymanova müəyyən edilərək saxlanılıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:54 / 03.12.2021
Bakıda qadın restorandan 3 500 manatlıq palto oğurladı
Hazırda oxunan: Bakıda qadın restorandan 3 500 manatlıq palto oğurladı
Hazırda oxunan: Bakıda qadın restorandan 3 500 manatlıq palto oğurladı
48866
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.