Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi BAŞLADI

Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi BAŞLADI

Hazırda oxunan: Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi BAŞLADI

48854

Milli Məclisin plenar iclasında "2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi III oxunuşda müzakirə olunur.

Bizim.Media-nın xəbərinə görə, gələn ilin büdcəsinin göstəricilərini parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir.

Toplantıda hökumət üzvləri iştirak edirlər.

MÖVZU İLƏ BAĞLI:

illi Məclisin iclası başladı – 33 məsələ müzakirə olunur


Xatırladaq ki, gələn il Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 26 816 milyon manat, xərclərinin isə 29 879 milyon manat olacağı gözlənilir. Bunlar 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4% və 4,7% çoxdur. Son nəticədə büdcədə 3 063 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 1,7% azalma deməkdir.

Əlavə edək ki, bugünkü iclasda ümumilikdə 33 məsələ müzakirə olunacaq.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO