"Penitensiar Xidmət üzrə 5 noyabrdan 1 dekabra qədər 1 787 nəfərə Amnistiya Aktı təqdim edilib".
Bizim.Media xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Aynur Sabitova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki Zəfər Gününün birinci ildönümü ərəfəsində "8 Noyabr -Zəfər Günü Münasibıti ilə amnitsiya elan edilməsi haqqında" qərarın icrası çərçivəsində 1787 nəfər məhkum haqqında amnitsiya aktı tətbiq edilib:
"Onlardan 34 nəfər qadın, 2 nəfər yetkinlik yaşına çatmayanlar və 60 nəfər isə 60 yaşlı məhkumlardır. Artıq 1391 nəfər məhkum azad edilib. Onlardan 1023 nəfər cəza çəkmə müəssisələrindən, 368 nəfər isə məntəqə tipli cəzaçəkmə müəssisəsindən evlərinə yola salınıb. 359 nəfər məhkum müalicəyə yönləndirilib, müalicə tədbirləri bitdikdən sonra azadlığa buraxılacaq. 64 nəfər məhkumun isə cəzası 6 ay azaldılıb".
Qeyd edək ki, 5 noyabr tarixindən başlayan Amnistiya 4 ay müddətində davam etdiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:17 / 03.12.2021
1 787 nəfərə Amnistiya Aktı təqdim edilib - RƏSMİ
Hazırda oxunan: 1 787 nəfərə Amnistiya Aktı təqdim edilib - RƏSMİ
Hazırda oxunan: 1 787 nəfərə Amnistiya Aktı təqdim edilib - RƏSMİ
48853
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.