Dünyada ərzaq qiymətləri artır – BMT statistikanı açıqladı

Dünyada ərzaq qiymətləri artır – BMT statistikanı açıqladı

Hazırda oxunan: Dünyada ərzaq qiymətləri artır – BMT statistikanı açıqladı

48827

Dünyada ərzaq qiymətləri buğda və süd məhsullarına tələbatın artması fonunda ardıcıl dördüncü aydır ki, qalxır.

Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.

Noyabrda ərzaq qiymətləri indeksi 134,4 bənd təşkil edərək 2011-ci ilin iyun ayından bu yana ən yüksək səviyyəyə çatıb və oktyabr ayı ilə müqayisədə 1,2%, ötən ayın noyabr ayı ilə müqayisədə isə 27,3 faiz yüksək olub. 

Qeyd edək ki, FAO Ərzaq Qiymətləri İndeksi beş əsas ərzaq əmtəə qrupu üçün beynəlxalq qiymət hərəkətlərini izləyən ortalama göstəricidir.

Noyabrda ən əhəmiyyətli artımı oktyabr ayı ilə müqayisədə 3,4% artan süd məhsullarının qiymət indeksi göstərib. Kərə yağı və süd tozuna qlobal idxal tələbi yüksək olaraq qalır. Taxıl qiymət indeksi oktyabra nisbətən 3,1, illik göstəriciyə görə isə 23,2 faiz artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO