“Dayanıqlı sülh daimi səylər tələb edir” – BMT nümayəndəsi

“Dayanıqlı sülh daimi səylər tələb edir” – BMT nümayəndəsi

Hazırda oxunan: “Dayanıqlı sülh daimi səylər tələb edir” – BMT nümayəndəsi

48711

“Dayanıqlı sülh daimi səylər tələb edir və buna nail olmaq üçün biz əlaqəli şəkildə işləməliyik”.

Bizim.Media-nın məlumatına görə, bunu BMT-nin Sivilizasiyaların alyansı üzrə ali nümayəndəsi Migel Anxel Moratinos “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın təşkil etdiyi bu tədbir sıx, inklüziv, dinc və ahəngdar cəmiyyətin qurulmasına yönəlib.

Qeyd edək ki, ADA Universitetində “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) işə başlayıb.

BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri iştirak edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO