Piyadanı “AA” seriyalı maşın vurmayıb – DİN qəzanın təfərrüatını açıqladı

Piyadanı “AA” seriyalı maşın vurmayıb – DİN qəzanın təfərrüatını açıqladı

Hazırda oxunan: Piyadanı “AA” seriyalı maşın vurmayıb – DİN qəzanın təfərrüatını açıqladı

0:00
0:00
48696

Xəbər verdiyimiz kimi, bu gün səhər saat 07:09 radələrində Bakıda Səbail rayonu ərazisində Bibiheybət məscidinin yaxınlığında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Bizim.Media-ya açıqlamasında bildirib ki, Bakı şəhər sakini Fariz Məmmədovun idarə etdiyi 90 SB 966 nömrəli “Nissan X-Trail” markalı  avtomobillə piyada keçidi üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyən Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Məzahir Əliyev vurulub.

MÖVZU İLƏ BAĞLI:

Piyadanı vuran “AA” seriyalı avtomobil bu dövlət qurumuna MƏXSUSDUR - ÖZƏL 


Nəticədə piyada yolun əks istiqamətində hərəkətdə olan Nəsimi Mustafayevin idarə etdiyi “BMW” markalı avtomobilin qarşısına düşüb. Piyada hadisə yerində vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma -  ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma davam etdirilir.

Qeyd edək ki, piyadanın qarşısına düşdüyü “BMW” markalı avtomobil 10 AA 659 nömrə nişanlıdır. Sözügedən avtomobil Dövlət Neft Fonduna məxsusdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO