"Pandemiya dövrü bizə göstərdi ki, təhsil və elm sahəsində hansı boşluqlar var, çünki bu cür böhranlı vəziyyətdə sistem boşluqları, ciddi çatışmazlıqları üzə çıxa bilir".
Bizim.Media-nın məlumatına görə, bunu UNEC İqtisadi Forumunda "Post-pandemiya dövründə elm və təhsil" mövzusunda keçirilən paneldə çıxışı zamanı təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, pandemiya dövründə Azərbaycan hökumətinin ayrı-ayrı qurumları tərəfindən verilən qərarlar rasional qərarlardır, bu və ya digər göstəricilər əsasında verilib. Qərarların bu cür verilməsi pandemiya şəraitində Azərbaycanın yaxşı mənada fərqlənən ölkə olduğunu göstərir: “Azərbaycanda tədris bu il bir az gec başlasa da, davamlılığı təmin edə bilirik. Bundan sonra da veriləcək qərarda həmin təhlillərin təsiri olacaq. Təhsilin qarşısında xeyli məqsədlər var, bunlar klassik məqsədlərdir - əlçatanlılığı, davamlılığı təmin etmək, müxtəlif sosial və iqtisadi vəziyyəti olan insanlara bərabər təhsil imkanının yaradılması".
Nazir deyib ki, distant təhsil bəzən əlçatanlılığı irəli aparan alət olur:
"Azərbaycan təhsil sistemi distant təhsildən həm müsbət, həm də mənfi mənada çox şey öyrəndi. Distant təhsillə həqiqətən biliklərin bir qismini öyrətmək olur, amma bu, real təhsili tam əvəz edə bilmir. Keyfiyyətə nəzarət mexanizmləri olmalıdır, bu olmasa distant təhsil haqqında danışmaq yarımçıqdır. Pandemiya Bakının mərkəzində yaşayan şagirdlə ucqar kənddə olan şagirdə eyni cür təsir etməyib, öyrənmə itirməyi fərqlidir. Bu, qarşıya başqa sual çıxarır ki, itirilmiş öyrənməyin bərpası mümkündürmü? İstər Azərbaycanın Qarabağ zəfəri, istər pandemiya dövrü bir çox problemlərin həllinin elmi tərəqqidən və elmi təhlillərdən asılı olduğunu göstərdi”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:11 / 02.12.2021
“Distant təhsil real təhsili tam əvəz edə bilmir” – Nazirdən ETİRAF
Hazırda oxunan: “Distant təhsil real təhsili tam əvəz edə bilmir” – Nazirdən ETİRAF
Hazırda oxunan: “Distant təhsil real təhsili tam əvəz edə bilmir” – Nazirdən ETİRAF
48691
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.