Laçında keçirilən ağacəkmə aksiyasından FOTOLAR

Laçında keçirilən ağacəkmə aksiyasından FOTOLAR

Hazırda oxunan: Laçında keçirilən ağacəkmə aksiyasından FOTOLAR

48666

Laçın şəhərinin işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə Laçında genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində Laçının Güləbird kəndinin iki müxtəlif ərazisində 2500-ə yaxın müxtəlif cinsli ağac əkilib, 500 kiloqrama yaxın palıd toxumu səpilib.

Doğma torpağa qayıdış münasibətilə keçirilən tədbirdə Ekologiya və Təbii Sərvətlər, Müdafiə və Daxili İşlər nazirliklərinin müvafiq bölmələrinin nümayəndələri, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yerli qurumunun əməkdaşları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, Laçında, o cümlədən işğaldan azad olunmuş bütün ərazilərdə ağacəkmə kampaniyaları davam etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO