Kamran Əliyevdən helikopter qəzası ilə bağlı şayiə yayanlara XƏBƏRDARLIQ

Kamran Əliyevdən helikopter qəzası ilə bağlı şayiə yayanlara XƏBƏRDARLIQ

Hazırda oxunan: Kamran Əliyevdən helikopter qəzası ilə bağlı şayiə yayanlara XƏBƏRDARLIQ

48551

"Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mİ-17 tipli helikopterinin təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olan hərbçilərimizin ailələrinə, yaxınlarına öz adımdan və Baş Prokurorluğun kollektivi adından başsağlığı verirəm, xəsarət alanlara şəfa diləyirəm".

Bizim.Media xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu faktla bağlı artıq cinayət işi başlanıb: "Dövlət başçısı İlham Əliyevin tapşırığı əsasında cinayət işi tam və hərtərəfli araşdırılacaq, bu hadisənin bütün səbəb və şəraiti istintaq zamanı öyrəniləcək. İstintaqın gedişi barədə Azərbaycan ictimaiyyəti ətraflı və mütəmadi məlumatlandırılacaq".

Baş prokuror qeyd edib ki, bəzi şəxslər tərəfindən bu hadisədən siyasi məqsədləri üçün sui-istifadə hallarına cəhdlər göstərilir, heç bir fakta söykənməyən əsassız şayiələr yayılır.

“Bununla bağlı bildirirəm ki, bu kimi şəxslər barədə Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan ən sərt tədbirlərin görülməsi təmin ediləcək. Bu faciədən siyasi məqsədlər üçün istifadə edilməsi yolverilməzdir”, - Baş prokuror Kamran Əliyev əlavə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO