Azərbaycan və Ermənistandan meyvə və tərəvəz idxalının qadağası qidalarda zərərli orqanizmlərin olması ilə əlaqəlidir. Bunun siyasətlə heç bir əlaqəsi yoxdur.
Bizim.Media RİA Novosti-yə istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, bildirib ki, bu iş sırf qida təhlükəsizliyinə baxan şöbənin qərarıdır, bunu Kremillə əlaqələndirmək düzgün deyil.
MÖVZU İLƏ BAĞLI:
Rusiya yenə “pomidorla vurdu”
Rusiyadan Azərbaycan məhsullarına embarqo qoyması ilə bağlı AÇIQLAMARusiya
Azərbaycan məhsullarına embarqo qoydu
Qeyd edək ki, “Rosselxoznadzor” dekabrın 10-dan etibarən Azərbaycandan Rusiyaya pomidor və alma idxalını qadağan edib. Məhdudiyyətlərin tətbiqi Azərbaycan məhsullarında cənubi amerika pomidor güvəsi və şərq güvəsinin tapılması olub.
Bizim.Media