Sosial fondlar mənfəət vergisindən azad olunur

Sosial fondlar mənfəət vergisindən azad olunur

Hazırda oxunan: Sosial fondlar mənfəət vergisindən azad olunur

48318

Azərbaycanda korporativ sosial məsuliyyəti çərçivəsində ictimai və sosial məqsədlər üçün yaradılan fondlara dəstək verən şirkətlərə güzəştlərin müəyyən edilməsi təklif olunur.

Bizim.Media Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qeyd olunan məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Məlum olduğu kimi, 1 yanvar 2019-cu ildən başlayaraq vergi ödəyiciləri tərəfindən sosial məsuliyyət çərçivəsində elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən vəsaitin müəyyən hissəsi həmin şəxslərin mənfəət vergisi öhdəliyindən azaldılır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda 6 sahibkar vergilərdən azad olundu - SİYAHI


Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş torpaqların dirçəldilməsi, habelə Vətən müharibəsində şəhid olan və yaralanan şəxslərin sağlamlıqlarının bərpa edilməsi və sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən Qarabağ Dirçəliş Fondu və Yaşat Fondu yaradılıb.

Bu məqsədlə 2021-ci ilin 1 yanvar tarixindən vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10%-dən çox olmayan hissəsinin Qarabağ Dirçəliş Fondu, Yaşat Fondu və digər bu kimi fondlara ianə formasında köçürülən məbləğlərin 2021-ci il 1 yanvar tarixdən 8 il müddətinə mənfəət vergisindən azad edilməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO