İstanbulda güclü qasırğa nəticəsində xəsarət alanların sayı 38-ə çatıb, dörd nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bununla bağlı qardaş ölkənin səhiyyə naziri Türkiyə ərazisində, xüsusilə Mərmərə bölgəsində hökm sürən əlverişsiz hava şəraiti ilə bağlı açıqlamasında bildirib.
Meydana gələn qasırğa nəticəsində İstanbul, Bursa və Bolu vilayətlərində dağıntı və xəsarət alanların olduğunu bildirən nazir, başda İstanbulun Esenyurt, Arnavutköy, Avcılar və Başakşehir rayonları olmaqla bəzi bölgələrdə təbii fəlakətin fəsadlarının daha ağır olduğunu deyib.
Əlverişsiz hava şəraiti nəzərə alınaraq ölkənin İstanbul, Kocaeli, Yalova, Bursa və Sakarya vilayətlərindəki təhsil müəssisələrində noyabrın 30-da bir günlük tətil elan edilib.
Güclü qasırğa səbəbindən İstanbulun hava limanlarına eniş edə bilməyən bir neçə təyyarə İzmir və Ankaraya yönləndirilib.
Hidrometeoroloqlar ölkədə hökm sürən əlverişsiz hava şəraitinin noyabrın 30-u axşam saatlarınadək davam edəcəyini proqnozlaşdırırlar.
Bizim.Media