Xəbər verdiyimiz kimi, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili bu gün səhər tezdən Tbilisi Şəhər Məhkəməsinə gətirilib. Saat 11:00-da müxalifətin 2007-ci ildə keçirilən mitinqinin dağıdılması və eks-prezidentin ittiham olunduğu “İmedi” telekanalına hücumla bağlı məhkəmə prosesi başlamalıdır.
Bizim.Media “Sputnik Gürcüstan” nəşrinə istinadən xəbər verir ki, Gürcüstanın eks-prezidentinin tərəfdarları Tbilisi Şəhər Məhkəməsinin həyətinə toplaşıblar.
Məqsədləri etiraz aksiyası keçirməkdir. Hazırda binanın qarşısında polislər səfərbər olunub, əraziyə su şırnaqları gətirilib.
Penitensiar Xidmət Saakaşvilinin məhkəmədə iştirak edəcəyini təsdiqləyib.
Bizim.Media
![](http://ssl.bizim.media/file/articles/2021/11/29/1638170572_0s-2.jpg)