“Çox yaxşı söhbət etdik. Dost kimi, qardaş kimi İran-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi apardıq”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Seyid İbrahim Rəisi ilə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev: “İranla əlaqələrə böyük önəm veririk”
“Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək. Xalqlarımız qardaş xalqlardır, ölkələrimiz qardaş ölkələrdir və bu gün müzakirə olunan məsələlər bir daha onu göstərir ki, İran-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir”, - deyə Dövlət başçısı vurğulayıb.
Bizim.Media