Olimpiya çempionu medal qazanmaq üçün abort etdirdi

Olimpiya çempionu medal qazanmaq üçün abort etdirdi

Hazırda oxunan: Olimpiya çempionu medal qazanmaq üçün abort etdirdi

4799

Keçmiş biatlonçu və xizəkçi Anfisa Reztsova 1988-ci ildə Kanadanın Kalqari şəhərindəki Qış Olimpiya Oyunlarından öncə başına gəlmiş xoşagəlməz hadisəni xatırlayıb.

Bizim.Media xəbər verir ki, rusiyalı idmançı "sports.ru" nəşrinə açıqlamasında olimpiadadan əvvəl abort etdirdiyini bildirib.

O, buna medal qazanmaq üçün razılıq verdiyini söyləyib: "Həmin vaxt ölkənin medallara ehtiyacı var idi. Məşqçilər dedilər ki, o, hamilədir, amma uşağı dünyaya gətirməməlidir. Məni Estoniyadan qatarla Moskvaya, ginekoloji dispanserə göndərdilər".

"Xəstəxanada həkim bildirdi ki, həyat yoldaşınla məsləhətləş. Ərimdən soruşdum. Cavabı belə oldu: necə qərar versən, elə də olacaq. Məsuliyyəti öz üzərimə götürüb aborta razılıq verdim".

Reztsovanın sözlərinə görə, abortdan əvvəl İdman Komitəsinin qarşısına şərt qoyub: "Dedim ki, razıyam, amma mənə mənzil verin, valideynlərimizlə qalırıq. Bizə Ximkidə 2 otaqlı mənzil verdilər. Sonra isə Tanrı mənə 4 gözəl qız övladı bəxş etdi".

Qeyd edək ki, biatlon üzrə ikiqat olimpiya çempionu olan Anfisa Reztsova xizək yarışlarında da eyni titulu və 3 dəfə dünya birinciliyini qazanıb. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO