Bakının bu küçələri bağlandı – SİYAHI

Bakının bu küçələri bağlandı – SİYAHI

Hazırda oxunan: Bakının bu küçələri bağlandı – SİYAHI

47964

Bu gündən noyabrın 28-i saat 18:00-dək Heydər Əliyev prospektində yerləşən Bağırov tunelində avtomobillərin hərəkəti tam dayandırılıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yayıb.

Mənbə bildirir ki, 5 saylı “Asan xidmət”in yanından keçən bu yolda nəqliyyatın hərəkəti Heydər Əliyev prospekti istiqamətində orta zolağa yönləndirilib.

Bundan başqa, Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsindən mikrorayon və Memar Əcəmi metrosu istiqamətində olan körpüdə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb.

Burada sürücülər yalnız müvəqqəti olaraq tuneldən keçə bilirlər.

Qarşı tərəfə çıxmaq istəyənlər körpüyə girmədən sağ zolaqla hərəkət etməlidirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO