BNA-dan avtobus sürücüsünün döyülməsi ilə bağlı AÇIQLAMA

BNA-dan avtobus sürücüsünün döyülməsi ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: BNA-dan avtobus sürücüsünün döyülməsi ilə bağlı AÇIQLAMA

47953

Bu gün “Faiqoğlu” şirkətinin müvəqqəti istismarında olan 114 nömrəli müntəzəm marşrut üzrə hərəkət edən 10 TG 820 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsünün hücuma məruz qalması narahatlıq doğurur.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi (BNA) yayıb.

"Sərnişinin avtobusu dayanacaqdan kənarda saxlaması tələbinə əməl etməyən sürücünün təhqir olunaraq döyülməsini qəti şəkildə pisləyirik.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda bir nəfər avtobus sürücüsünü döydü – ANBAAN VİDEO


Bu cür halların yolverilməz olduğunu qeyd edərək bir daha bildiririk ki, sərnişin avtobusları ümumi istifadədə olan nəqliyyat vasitəsidir və burada hər kəsin - istər sürücü, istər sərnişinlərin mütləq əməl etməli olduqları qaydalar var.

Müntəzəm marşrut xətti avtobuslarla səyahət edən sərnişinlərin minib-düşməsi hərəkət sxemi boyunca müəyyən olunan dayanacaq məntqələrində olmalıdır.

Dayanacaq məntəqəsindən kənarda avtobusu saxlayıb sərnişin mindirib-düşürmək qayda pozuntusudur və inzibati məsuliyyət yaradır", - məlumatda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO