Bakıda onlayn yolla narkotik satan şəxs saxlanıldı - FOTO

Bakıda onlayn yolla narkotik satan şəxs saxlanıldı - FOTO

Hazırda oxunan: Bakıda onlayn yolla narkotik satan şəxs saxlanıldı - FOTO

47932

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində həyata keçirilən növbəti əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 1 nəfər saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Əməliyyat zamanı onlayn yolla sosial şəbəkələrdə narkotik vasitələrin satışını həyata keçirən Ramana qəsəbəsində yaşayan Məhəddin Fərəcov saxlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda polis əməliyyat keçirdi - 28 nəfər saxlanıldı – VİDEO


Onun üzərindən və Bakı-Quba yolunun 14-cü kilometrliyində gizlətdiyi ümumi çəkisi 945 qram olan heroin, 22 qram metamfetamin və 521 ədəd satışı qadağan edilən psixotrop tərkibli metadon həbi aşkar edilib.

Araşdırma zamanı məlum olub ki, Məhəddin Fərəcov ölkə ərazisinə xaricdəki narkotacirlər tərəfindən qaçaqmalçılıq yolu ilə göndərilən külli miqdarda narkotik vasitəni qəbul edərək satmaq məqsədi ilə Bakı şəhərinə gətirib.

Qeyd olunan faktla bağlı və narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin dövriyyədən çıxarılması və qeydə alınan digər hüquqazidd əməlləri törədən şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO