Türkiyədə koronavirusun “Nu” ştamı ilə bağlı sərt tədbirlər görülür.
Bizim.Media xəbər verir ki, Botsvana, Cənubi Afrika Respublikası, Mozambik, Namibiya və Zimbabvedən Türkiyəyə səyahət edənlərə qadağa qoyulub.
MÖVZU İLƏ BAĞLI:
“Delta” ştamına yoluxanlarda hansı əlamətlər olur? - Qısa müddətdə...
Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca "Twitter"-də məlumat verib.
“”Nu” ştamına yoluxmalarla bağlı bu gecədən etibarən Botsvana, Cənubi Afrika Respublikası, Mozambik, Namibiya və Zimbabvedən ölkəmizə bütün quru, hava, dəniz və dəmir yolları ilə sərhəd qapılarımızdan keçməyə icazə verilməyəcək", - nazir bildirib.
Bizim.Media
TEDBİR: Nu varyantı kaynaklı artan vakalar sebebiyle; Botsvana, Güney Afrika Cumhuriyeti, Mozambik, Namibya ve Zimbabve’den ülkemize tüm kara, hava, deniz ve demiryolu sınır kapılarımız yoluyla bu geceden itibaren seyahat edilmesine izin verilmeyecektir.
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) November 26, 2021