Azərbaycanla Ermənistan ikitərəfli Komissiya yaradacaq - Soçidə daha bir RAZILAŞMA

Azərbaycanla Ermənistan ikitərəfli Komissiya yaradacaq - Soçidə daha bir RAZILAŞMA

Hazırda oxunan: Azərbaycanla Ermənistan ikitərəfli Komissiya yaradacaq - Soçidə daha bir RAZILAŞMA

47880

Moskva, Bakı və İrəvan Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası və sonradan demarkasiyası ilə bağlı ikitərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər.

Bizim.Media xəbər verir ki, bu barədə Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı bəyanatda deyilir.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya lideri İlham Əliyevlə Paşinyana hədiyyə verdi - VİDEO


"Biz Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımlar atmağa və tərəflərin xahişi əsasında Rusiya Federasiyasının məsləhətçi köməyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması istiqamətində iş aparmağa razılaşdıq", - sənəddə vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO