“Moskva Sovet xəritələrini təklif edir” - Valentina Matviyenko

“Moskva Sovet xəritələrini təklif edir” - Valentina Matviyenko

Hazırda oxunan: “Moskva Sovet xəritələrini təklif edir” - Valentina Matviyenko

47658

“Rəsmi Moskva Sovet dövrünə aid xəritələrin yalnız Rusiya Federasiyasının Müdafiə Nazirliyində saxlandığını nəzərə alaraq yardım təklif edib”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Sankt-Pterburq şəhərində Federasiya Şurasının sədri Valentina Matviyenko Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyaslndan  danışarkən səsləndirib.

"Bu xəritələr yoxlanılıb, Azərbaycanla Ermənistan arasında dəqiq sərhədləri müəyyənləşdirir. Danışıqlar bu xəritələr əsasında əminliklə aparıla bilər. Azərbaycan və Ermənistan bu yanaşmanı dəstəkləyir. Anlaşma və razılıq olsa da proses ləng gedir. Buna görə də müəyyən gərginlik davam edir." , - Matviyenko qeyd edib.

O, Rusiya Federasiyasının “dinc, sabit Cənubi Qafqazda və insanların dinc həyatında” maraqlı olduğunu və bunun üçün lazım olan hər şeyi edəcəyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO