Planetin ən yaşlı sakini vəfat etdi - FOTO

Planetin ən yaşlı sakini vəfat etdi - FOTO

Hazırda oxunan: Planetin ən yaşlı sakini vəfat etdi - FOTO

47400

Filippində planetin ən yaşlı sakini Fransiska Susano 124 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə Kabankalan şəhərinin hökuməti öz feysbuk səhifəsində məlumat yayıb. Uzunömürlü sakinin noyabrın 22-də axşam saatlarında dünyasını dəyişdiyi bildirilir.

“Qəlbimizdə kədər hissi ilə Fransiska Susanonun vəfatı xəbərini aldıq. Bu qadın bizim ilham və qürur mənbəyimiz olaraq daim qəlbimizdə qalacaqdır”, - deyə məlumatda bildirilir.

F.Susanonun vəfatının səbəbləri barədə məlumat verilmir. Yerli tibb müəssisəsinin bildirdiyinə görə, bu qadında heç bir virus simptomu yox idi.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, F.Susanonun dünyanın ən yaşlı sakini olması Ginnesin Rekordlar Kitabında rəsmi təsdiqini tapıb. Əlavə olaraq qeyd edilir ki, o, 1897-ci il sentyabrın 11-də anadan olmuşdu.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO