Soçi görüşündən əvvəl erməni deputatlar parlamentdə bir araya gələcək – DETALLAR AÇIQLANACAQ

Soçi görüşündən əvvəl erməni deputatlar parlamentdə bir araya gələcək – DETALLAR AÇIQLANACAQ

Hazırda oxunan: Soçi görüşündən əvvəl erməni deputatlar parlamentdə bir araya gələcək – DETALLAR AÇIQLANACAQ

47347

Ermənistan parlamentinin deputatlarına noyabrın 26-da iclasa toplaşmaq göstərişi verilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya ermənilərə məxsus Telegram kanallarında yer alıb.

Mənbə yazır ki, Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü ərəfəsində sərhədin delimitasiya və demarkasiyası ilə bağlı dinləmələr keçiriləcək.

Parlamentin üzvlərinə Soçi görüşündəki bəzi detallar, xüsusilə sərhədin delimitasiya və demarkasiyası barədə məlumat veriləcəyi gözlənilir.


Xatırladaq ki, həmin gün Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar keçiriləcək. 

Görüşdə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, regionda sabitliyin möhkəmləndirilməsi, dinc həyatın bərqərar olması üçün gələcək addımlar müzakirə ediləcək, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına və inkişafına xüsusi diqqət yetiriləcək.

Bununla yanaşı, Putin İlham Əliyev və Paşinyanla ayrı-ayrılıqda ikitərəfli danışıqlar aparacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO