Lukaşenko: “Putin və Navalnı danışıqlar masasına əyləşən kimi mən...” – VİDEO

Lukaşenko: “Putin və Navalnı danışıqlar masasına əyləşən kimi mən...” – VİDEO

Hazırda oxunan: Lukaşenko: “Putin və Navalnı danışıqlar masasına əyləşən kimi mən...” – VİDEO

0:00
0:00
47317

Putin və Navalnı danışıqlar masasına əyləşən kimi mən dərhal Svetlana (Hazırda xaricdə yaşayan Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya nəzərdə tutulur) ilə danışıqlara başlayacağam.

Bizim.Media “Pul Pervoqo” Telegram kanalına istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko BBC telekanalının müxbirinə verdiyi müsahibəsində deyib.

Jurnalistin “Vladimir Putin dünən sizə müxalifətlə danışıqlar aparmağı məsləhət görüb. Siz onlarla görüşəcəksinizmi?” sualına bərk əsəbiləşən Belarus lideri belə cavab verib:

“Bilmirəm, o, sizə yoxsa başqasına bunu deyib. Mənə isə bununla bağlı heç bir məsləhət verməyib. Elə indilərdə onunla bir saat ərzində telefonla danışdım. Belə söhbət olmayıb. Müxalifətlə danışıqlar aparmaq məsələsinə gəlincə, onlarla həmişə danışıram. Hazırda partiya qurmaq fikrindədirlər. Onlar əsl vətənpərvərdirlər”. 

Lukaşenko əlavə edib ki, ölkədən qaçan müxalifətçilər isə satqındırlar.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO