Ukrayna ordusu hücuma keçdi – Qorlovka şəhəri atəşə tutuldu - VİDEO

Ukrayna ordusu hücuma keçdi – Qorlovka şəhəri atəşə tutuldu - VİDEO

Hazırda oxunan: Ukrayna ordusu hücuma keçdi – Qorlovka şəhəri atəşə tutuldu - VİDEO

0:00
0:00
47090

Ukrayna Silahlı Qüvvələri altı saatdır ki, Qorlovka şəhərinin kənarını atəşə tutur. 

Bizim.Media “Regnum.ru” saytına istinadən xəbər verir ki, bu barədə noyabrın 22-də “Donbass həll edir” Telegram kanalı məlumat yayıb.

"Dünən axşam saat 17:30-dan etibarən ukraynalı hərbçilər Qorlovkanın qərb və şimal-qərb ətraflarını iriçaplı pulemyotlardan, qumbaraatanlardan və minaatanlardan atəşə tutublar. Atəşin intensivliyi 6 saata yaxın səngiməyib. Demək olar ki, şəhərin bütün ərazilərində mərmilərin partlaması və atışma səsləri eşidilir. Sakinlər bildirirlər ki, bəzi ərazilərdə, xüsusən də Mayorsk yaxınlığında döyüşlər başlayıb”, deyə mənbə qeyd edib.

Regnum.ru nəşri yazır ki, noyabrın 21-də Ukrayna Silahlı Qüvvələri Yasinovatski adına maşın zavoduna artilleriya zərbəsi endirib. Müəssisənin eksperimental sexinə ziyan dəyib, dam örtüyü çöküb, divarlar və pəncərələr sıradan çıxıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO