Azərbaycan yığması Avropa çempionu olacaqmı? – TƏFƏRRÜAT

Azərbaycan yığması Avropa çempionu olacaqmı? – TƏFƏRRÜAT

Hazırda oxunan: Azərbaycan yığması Avropa çempionu olacaqmı? – TƏFƏRRÜAT

47020

Sloveniyada keçirilən şahmat üzrə komandalararası Avropa çempionatında bu gün 9-cu turun final oyunları keçiriləcək.

Bizim.Media xəbər verir ki, Azərbaycanın həm kişilərdən, həm də qadınlardan ibarət komandaları medallar uğrunda mübarizə aparır. Kişilərdən ibarət yığmamızın son tura 12 xalı var və 3-cü yeri tutur. Ermənistan, Fransa və Ukraynanın eyni xalı var.

Bu gün Azərbaycan Fransa ilə, Ukrayna isə Ermənistanla oynayacaq.
 

Komandamıza fransızları məğlub edib, ukraynalılarla ermənilərin görüşündə heç-heçəyə ümid etmək lazımdır. Xalların bərabərliyi halında mürəkkəb hesablamalar aparılmalı olacaq - Sonneborn-Berger əmsalı eyni sayda uyğunluq xalına malik ilk əlavə göstəricidir.


Xatırladaq ki, Azərbaycanın kişilərdən ibarət milli komandası 2009, 2013 və 2017-ci illərdə Avropa çempionatının qalibi olub.

Yəni, komandamız dörd ildən bir qızıl medal qazanır. Ənənə 2021-ci ildə də davam etdiriləcəkmi?

Fransa - Azərbaycan

Əlirza Firuzca (2270) - Şəhriyar Məmmədyarov (2765)

Maksim Vaşyer-Lyaqrav (2766) Teymur Rəcəbov (2763)

Maksim Laqard (2647) - Rauf Məmmədov (2673)

Jül Mussard (2632) - Nicat Abasov (2634).

Azərbaycanın qadınlardan ibarət yığması bu gün Niderlandla qarşılaşır. 10 xalları var və əlavə göstəricilərə görə Polşadan geri qalaraq, Ukrayna, Fransa, Hollandiya, Macarıstan və Yunanıstanı qabaqlayaraq 4-cü yerdədir.

Hesabında 16 xal olan Rusiya millisi vaxtından əvvəl çempion olub. Gürcüstanın 13 xalı var və gümüş medalları təmin edib.
 

Azərbaycan yığması bürünc medal uğrunda mübarizə aparır. Son turda Niderlanda qalib gəlib, rəqiblərin iştirakı ilə keçirilən matçların nəticəsini gözləmək lazımdır.


Azərbaycan - Hollandiya

Günay Məmmədzadə (2459) -  Penq Zhaoqin (2351)

Gülnar Məmmədova (2395) - Elin Roebers (2304)

Ülviyyə Fətəliyeva (2309) - Mahteld Van Forest (2141)

Gövxar Beydullayeva (2278) – Tea Lançava (2215).

Qadınlardan ibarət komanda 2019-cu il Avropa çempionatında bürünc medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO