Bu gün hansı imtahanlar keçirilir? - Dövlət İmtahan Mərkəzindən AÇIQLAMA

Bu gün hansı imtahanlar keçirilir? - Dövlət İmtahan Mərkəzindən AÇIQLAMA

Hazırda oxunan: Bu gün hansı imtahanlar keçirilir? - Dövlət İmtahan Mərkəzindən AÇIQLAMA

46979

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün Mərkəzin A.Salamzadə 28 ünvanında yerləşən binasında, kompüterlər vasitəsilə dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı və aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının birinci mərhələsi keçirilir.

DİM-dən Bizim.Media-ya bildirilib ki, aqrar sığorta fəaliyyəti ilə bağlı imtahan saat 10-da, digər imtahan isə saat 11-də başlayıb. Hər iki imtahanın müddəti 3 saatdır.

İmtahanları DİM-in saytındakı keçid vasitəsilə canlı izləmək mümkündür (imtahan müddətində).

Qeyd edək ki, bu gün, həmçinin kağız daşıyıcılar vasitəsilə peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün imtahanın I mərhələsi də keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO