Ərdoğan bu gün Azərbaycana gəlir

Ərdoğan bu gün Azərbaycana gəlir

Hazırda oxunan: Ərdoğan bu gün Azərbaycana gəlir

4697

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla birlikdə Azərbaycana gələcək.

Bizim.Media xəbər verir ki, Türkiyə Prezidenti sabah Bakıda keçiriləcək Qələbə paradında iştirak edəcək.

İki günlük səfər çərçivəsində  Türkiyə lideri  Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağdakı son vəziyyəti də  müzakirə edəcək.

Görüş zamanı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin qurulması prioritetlərdən olacaq. Danışıqlar zamanı Türkiyə və Azərbaycanın birlikdə atacaqları addımlar nəzərdən keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO