Ağdamda yeni meşə massivi salındı

Ağdamda yeni meşə massivi salındı

Hazırda oxunan: Ağdamda yeni meşə massivi salındı

46910

Ağdamın işğaldan azad olunmasının bir illiyi münasibətilə rayonda meşə massivi salınıb.

Bizim.Media-nın məlumatına görə, ermənilərin Ağdamda məhv etdiyi yaşıllıq massivlərinin bərpası üçün nəzərdə tutulan 4 meşə zolağının birinə bu gün tamamilə ağac əkilib.

Prezident Administrasiyasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təşkil olunan ağacəkmə aksiyasında şəhid ailələri və könüllülər iştirak edib. 2,5 hektar ərazidə 2000 ədəd ağac əkilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azadlığına qovuşan bu rayonda tezliklə 333 yeni iş yeri açilacaq


İlk mərhələdə əkilən və inkişafdan dayanan ağaclar yenisi ilə əvəz olunub.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, bu gün respublika üzrə böyük yaşıllaşdırma işləri aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO