Bəzi məktəblərə istilik verilməsi niyə gecikir? – Nazir səbəbləri açıqladı

Bəzi məktəblərə istilik verilməsi niyə gecikir? – Nazir səbəbləri açıqladı

Hazırda oxunan: Bəzi məktəblərə istilik verilməsi niyə gecikir? – Nazir səbəbləri açıqladı

46877

“Azərbaycanda təxminən məktəblərin 60 faizə yaxını istilik sistemi və qazla qızdırılır. Digər məktəblər isə odun və digər yanacaq növləri ilə qızdırılır. Həmin məktəblərə də yanacaq çatdırılıb”.

Bizim.Media xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev Bakıda "COVID-19: Erkən və Gecikmiş Fəsadlar" mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirusa görə distant təhsilə keçən məktəblərin sayı açıqlandı


Onun sözlərinə görə, şəhər məktəblərində istilik problemləri müxtəlif səbəblərdən qaynaqlanır:

“Dünən axşama olan məlumata görə, 60-a qədər məktəbdə istiliklə bağlı problemlər olub. Bəzi məktəblərin daxilində müəyyən problemlər olub, aradan qaldırılır. Bakıda 85-90 faiz məktəbdə istilik var. Digər məktəblərdə isə qarşıdakı həftələrdə aidiyyəti qurumlarla birgə problemlər aradan qaldırılacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO