UEFA-dan iki kluba xəbərdarlıq

UEFA-dan iki kluba xəbərdarlıq

Hazırda oxunan: UEFA-dan iki kluba xəbərdarlıq

4684

Almaniyanın "Borussiya" (Dortmund) və İtaliyanın "Latsio" klubları UEFA-dan xəbərdarlıq alıb.

Bizim.Media xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Məlumata görə, buna Dortmund təmsilçisinin baş məşqçisi Lüsyen Favrla Roma komandasına rəhbərlik edən Filippo İnzaginin hərəkəti səbəb olub.

Hər iki mütəxəssis qrup mərhələsinin V turunun Almaniyada keçirilmiş matçında start fitini gecikdirdikləri üçün sözügedən klublara sanksiya tətbiq olunub. Həmçinin "Borussiya" ev sahibi kimi 10 000 avro məbləğində cərimələnib.

Qeyd edək ki, dekabrın 2-də baş tutan "Borussiya" - "Latsio" görüşü 1:1 hesabı ilə yekunlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO