Dekabrın 14-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.
Bizim.Media xəbər verir ki, Göygöl rayonunda yerləşən “Hacıməlikli” qum-çınqıl yatağının 20 hektar sahəsi, Goranboyda olan “Yuxarı Ağcakənd” gips-anhidrid yatağının 5 hektar sahəsi, “Qarasuçay” qum-çınqıl yatağının 33 hektar sahəsi, İsmayıllı rayonunda yerləşən “Girdimançay” qum-çınqıl yatağının 4 hektar sahəsi hərraca çıxarılacaq.
Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 7 dekabr saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 31 ünvanına təqdim edə bilərlər.
Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında və Özəlləşdirmə portalında tanış olmaq mümkündür.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:44 / 18.11.2021
Göygöldə faydalı qazıntı yatağı hərraca çıxarıldı
Hazırda oxunan: Göygöldə faydalı qazıntı yatağı hərraca çıxarıldı
Hazırda oxunan: Göygöldə faydalı qazıntı yatağı hərraca çıxarıldı
46659
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.