“Antiterror əməliyyatına başlamaq üçün hüquqi əsas yoxdur” - POLİTOLOQ

“Antiterror əməliyyatına başlamaq üçün hüquqi əsas yoxdur” - POLİTOLOQ

Hazırda oxunan: “Antiterror əməliyyatına başlamaq üçün hüquqi əsas yoxdur” - POLİTOLOQ

46485

Noyabrın 13-də Şuşanın girişində erməni terrorçu tərəfindən hərbi postumuza təşkil olunan hücumun ardından, Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhədin Kəlbəcər və Laçın ərazilərində yerləşən hissəsində də təxribatlara əl atmağa başladılar.

Xüsusilə də, sərhəddə baş verən təxribatların əsas səbəb kimi, bir sıra mütəxəssislər sərhədlərin delimitasiya prosesinin hələ də həyata keçirilməməsini ön plana çıxardılar.
 

Delimitasiyaya maneə törədən əsas səbəblərdən biri kimi isə, ermənilərin keçmiş Dağlıq Qarabağı itirmələrini qəbullana bilməmələri göstərilir. Çünki iki ölkə arasında sərhədlər dəqiqləşərsə, Ermənistan tərəfi Qarabağı bütöv şəkildə Azərbaycan ərazisi kimi tanımağa məcbur olacaq.


Əgər Azərbaycan antiterror əməliyyatlarına başlayarsa, Qarabağın ermənilər yaşayan hissəsi üzərində də tam nəzarət təmin olunacaq və Ermənistanın delimitasiya prosesin ləngitməsi üçün hər hansı səbəbi qalmayacaq.

Belə olan halda, antiterror əməliyyatları problemi kökündən həll edə bilərmi?

Sualı Bizim.Media üçün cavablandıran politoloq Cümşüd Nuriyev ilk növbədə baş verən təxribatların arxasında dayanan aktora diqqət çəkib:

“İstər sərhəddə, istərsə də Şuşa yaxınlığında baş verən hadisələr birbaşa Rusiya sülhməramlılarının gözü qarşısında baş verir. Onların səsi çıxmırsa, demək vəziyyət barədə əvvəlcədən məlumatlıdırlar. Burada oyunlar gedir”.

Daha sonra indiki situasiyada antiterror əməliyyatlarına başlamağın mümkün olmadığını qeyd edən politoloq fikirlərini bu cür izah edib:

“Azərbaycanın bu təxribatlara antiterror əməliyyatları ilə cavab verməsi üçün hüquqi əsas yoxdur. Çünki biz Ermənistan və Rusiya ilə üçtərəfli bəyanat imzalasaq da, həmin sənəd hələ də ratifikasiya olunmayıb. Bu səbəbdən də, onun hüquqi gücü yoxdur.
 

Əgər Azərbaycan Qarabağın ermənilər yaşayan hissəsində antiterror əməliyyatlarına başlamaq istəsə, Rusiya sülhməramlıları ilə üz-üzə gələcək. Bu isə, Rusiya üçün ciddi “kozır” olacaq. Bir sözlə, antiterror əməliyyatlarına başlamaq üçün ilk öncə Azərbaycanda lazımi hüquqi baza yaradılmalıdır”. 


Cümşüd Nuriyev sərhədlərin delimitasiyası məsələsinə də diqqət çəkib:

“Sərhədlərin delimitasiyası Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin olmaması səbəbindən hələlik mümkünsüzdür. Çünki hansı xəritə əsasında delimitasiyanın həyata keçiriləcəyi və vasitəçi statusunda kimin olacağının müəyyənləşməsi vacibdir”. 

Cümşüd Nuriyevin fikrincə, baş verən təxribatların əsas məqsədi qondarma status məsələsinin danışıqlar masasına yenidən qaytarılmasını təmin etməkdir.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO