Məhərrəm İbrahimovla Sirac Abışovun adı vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlər SİYAHISINDA

Məhərrəm İbrahimovla Sirac Abışovun adı vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlər SİYAHISINDA

Hazırda oxunan: Məhərrəm İbrahimovla Sirac Abışovun adı vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlər SİYAHISINDA

46444

“Sərhədsiz Reportyorlar” Təşkilatı (SRT) 2021-ci ildə vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısını yayıb.

Bizim.Media xəbər verir ki, təşkilat bu il dünyada qətlə yetirilən media təmsilçiləri ilə bağlı hesabat hazırlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışov medalla təltif olundu


Siyahıda 2021-ci il iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində erməni terrorçularının basdırdığı tank əleyhinə minaya düşərək şəhid olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun da adı var.

Hesabata görə, bu il dünyanın 20 ölkəsində 38 jurnalist vəzifə borcunu yerinə yetirərkən öldürülüb.
 

Qeyd edək ki, 2 övladı olan Məhərrəm Əli oğlu İbrahimov 2021-ci ilin iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. 


Bir övladı olan S.Abışov da iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub.

Prezident İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla hər iki jurnalist "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO