“Cəfər Cabbarlı-Xətai” stansiyalarında yeni tunel yolu qurulur - FOTO

“Cəfər Cabbarlı-Xətai” stansiyalarında yeni tunel yolu qurulur - FOTO

Hazırda oxunan: “Cəfər Cabbarlı-Xətai” stansiyalarında yeni tunel yolu qurulur - FOTO

46433

Bakı metropoliteninin uzun illərdir istismar olunan tunel yollarında ilk dəfə dəmir-beton blokların quraşdırılmasına başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilir ki, avqust ayında “Cəfər Cabbarlı” stansiyasının əsaslı təmiri və yenidənqurma işlərinin tərkib hissəsi kimi “Xətai” stansiyası istiqamətindəki tunelin 481 metr hissəsində ağac şpalların sökülməsi başa çatıb. Yol yeni infrastrukturun qurulması üçün hazır vəziyyətə gətirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Metroda şəxsiyyət vəsiqələri tələb olunur - SƏBƏB


Buna qədər dəmir-beton konstruksiyalar yalnız istismar olunan stansiya yollarında gödək ağac şpalları əvəz edib. Bu yenilik “Nərimanov” elektrik deposunun qatarlarının sınaq yolundan sonra “Xətai” stansiyasında, ardınca “Cəfər Cabbarlı” stansiyasının ancaq bir yolunda və nəhayət, “Elmlər Akademiyası” stansiyasının hər iki yolunda tətbiq edilib.

Hazır vəziyyətə gətirilmiş 481 metrlik tunel hissəsində işlər mərhələli şəkildə aparılır. Yeni yol infrastrukturunun qurulması tunel dərinliyindən stansiya yoluna doğru olmaqla təşkil edilib. Texnoloji prosesə uyğun olaraq, birinci mərhələdə təmas relsi, yol relsi sökülüb və yol betonu dağıdılaraq şpallar çıxarılıb. Sərt özül yolun profilinin tələb etdiyi yerlərdə dağıdılaraq yeni özülün betonun əlavə edilməsi üçün hazırlanıb.

Yeni yol yatağının müvafiq normalar çərçivəsində möhkəmlənərək qurulmasından sonra yollarda yoxlama-nəzarət işləri aparılacaq.
 

Yeni müasir tipli üst-quruluş elementlərinin, o cümlədən “Vossloh UTS-300” rels bəndləyiciləri, hərəkət və təmas relslərinin qoyulması ilə yeni yol infrastrukturu qurulacaq. Bu işlər diaqnostik müayinələr və sınaq işləri ilə tamamlanacaq.


Bununla, Bakı metropoliteninin tarixində ilk dəfə istismarda olan tuneldə dəmir-beton bloklar ağac şpalları əvəz edəcək. Yeniləşmə daha sonra “Cəfər Cabbarlı” stansiyasının 1-ci yolunun 155 metr hissəsində davam etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO