Azərbaycanlı politoloq “Solovyov LIVE” verilişində son qarşıdurmanın əsil səbəbini açıqladı - VİDEO

Azərbaycanlı politoloq “Solovyov LIVE” verilişində son qarşıdurmanın əsil səbəbini açıqladı - VİDEO

Hazırda oxunan: Azərbaycanlı politoloq “Solovyov LIVE” verilişində son qarşıdurmanın əsil səbəbini açıqladı - VİDEO

46415

Xəbər verdiyimiz kimi, noyabrın 16-da “Solovyov LIVE” verilişinin efirində Ermənistan-Azərbaycan sərhədində münaqişənin kəskinləşməsi mövzusu müzakirə olunub.

Həmin proqramda azərbaycanlı politoloq Fərhad Məmmədov da iştirak edib və bəzi məqamlara toxunub.

Bizim.Media xəbər verir ki, o, çıxışına “2-ci Qarabağ müharibəsində olduğu kimi, biz şəhid olan və yaralanan hərbçilərimizin sayı ilə bağlı informasiyanı gizlətmirik” sözləri ilə başlayıb və dünənki insidentin hansı səbəbdən başladığından söz açıb.
 

MÖVZU İLƏ BAĞLI:

10 noyabr bəyanatının hansı bəndləri yerinə yetirilməyib? – Fərhad Məmmədovdan ŞƏRH


“Qarşıdurma Ermənistanın sabiq müdafiə nazirinin Azərbaycanın əzəli torpağı olan Qarabağa, hazırda isə rus sülhməramlıların müvəqqəti nəzarətində olan əraziyə gəlişi ilə başladı”.

Politoloq xatırladıb ki, ötən ildən bəri (sabiq xarici işlər naziri  Ara Ayvazyan istisna olmaqla) Paşinyan hakimiyyətinin heç bir üzvü bölgəyə səfər etməyib:

“Deməli müdafiə naziri gözlənilmədən Qarabağa gəldi, Ermənistanla sərhəddə yerləşən Qaragölü ziyarət etdi. Onun gedişindən sonra isə orda ilk qarşıdurma yarandı.
 

Bir gün sonra isə Laçın dəhlizi ilə hərəkət edən bir erməni Azərbaycan hərbçilərinin yerləşdiyi məntəqəyə qumbara atdı. Onların yaxınlığında həmin vaxt rus sülhməramlıları da var idi. Bu, əsil terror aktı idi. Bundan sonra isə sərhəddə əsil döyüş başladı”.


Fərhad Məmmədov bunun səbəbini belə izah edib:

“Səbəbi odur ki, 10 Noyabr 2020-ci ildə imzalanan üçtərfli sənədin maddələri rəsmi İrəvan tərəfindən pozulur. Müharibədən sonra İrəvanda daxili siyasət yenidən gərginləşdi, sonra ölkədə parlament seçkiləri keçirildi. Daxili situasiya sabitləşəndən sonra da Ermənistan sənəddə qeyd edilən kommunikasiyaların blokadadan açılması məsələsinə ciddi yanaşmadı”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO