Ermənistan dünənki döyüşlə bağlı rəsmi məlumat yaydı: 1 ölü, 13 əsir, 24 itkin var

Ermənistan dünənki döyüşlə bağlı rəsmi məlumat yaydı: 1 ölü, 13 əsir, 24 itkin var

Hazırda oxunan: Ermənistan dünənki döyüşlə bağlı rəsmi məlumat yaydı: 1 ölü, 13 əsir, 24 itkin var

46387

Ermənistan Müdafiə Nazirliyi ötən gün Azərbaycanla sərhəddə baş vermiş döyüşlər zamanı öz itkiləri ilə bağlı məlumat yayıb.

Bizim.Media “armeniasputnik.am” saytına istinadən xəbər verir ki, noyabrın 17-də səhər saatlarına olan məlumata görə, bir əsgər ölüb, daha 13 nəfər əsir götürülüb,  24 əsgərin taleyi isə məlum deyil.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistana daha bir zərbə: Hərbi yardım olmayacaq - "YOX" deyildi


Hərbçilərin tapılması istiqamətində intensiv iş aparılır. Həmçinin iki döyüş postunun düşmənin nəzarətində olduğu qeyd edilir.

Hazırda Rusiya tərəfinin vasitəçiliyi ilə vəziyyətin həlli və əsir düşən əsgərlərin geri qaytarılması istiqamətində danışıqlar aparılır.

Qeyd edək ki, noyabrın 16-da sərhəddə baş verən qarşıdurma Rusiya tərəfinin vasitəçiliyi ilə dünən saat 18:30-da dayandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO