“Miqrasiya Məktəbi - 4” layihəsinə start verilir

“Miqrasiya Məktəbi - 4” layihəsinə start verilir

Hazırda oxunan: “Miqrasiya Məktəbi - 4” layihəsinə start verilir

46384

Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində həyata keçirilən “Miqrasiya Məktəbi - 4” layihəsinə başlanılır və bununla əlaqədar müsabiqə elan edilir.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Facebook” hesabında paylaşım edib.
 

MÖVZU İLƏ BAĞLI:

Miqrasiya xidmətindən xarici ölkə vətəndaşlığı alan azərbaycanlılara MÜRACİƏT - VİDEO


“4-cü “Miqrasiya Məktəbi” layihəsində iştirak üçün müraciətlər qəbul edilir. Miqrasiya sahəsinə marağı olan, bu sahədə yeni nəzəri, praktiki biliklər əldə etmək istəyən, işləyən, gələcəkdə işləməyi planlaşdıran şəxslər iştirak üçün müraciət edə bilər.

Proqram 6 ay davam edəcək, təlimlər həftə sonları keçiriləcək, təcrübə imkanları təmin ediləcəkdir. Layihə bu dəfə Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki nümayəndəliyi ilə birgə yaradılması nəzərdə tutulan “Miqrasiya üzrə Regional Təlim Mərkəzi” çərçivəsində həyata keçirilir”, - deyə V. Hüseynov vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO