DÇ-2022: Türkiyə futbolçuları pley-offa vəsiqə qazandı - NƏTİCƏLƏR

DÇ-2022: Türkiyə futbolçuları pley-offa vəsiqə qazandı - NƏTİCƏLƏR

Hazırda oxunan: DÇ-2022: Türkiyə futbolçuları pley-offa vəsiqə qazandı - NƏTİCƏLƏR

46356

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, X turun son oyun günündə D, E, və G qruplarında ümumilikdə 7 görüş baş tutub. Bununla da Avropadan final mərhələsinə və pley-offa vəsiqə qazanan son komandalar bəlli olub.

D qrupunda 2-ci yer uğrunda mübarizə aparan Finlandiya millisi Fransanı qəbul edib və rəqibinə uduzub. Qrupun digər oyununda Ukrayna seçməsi Bosniya və Herseqovinanın qonağı olub. Səfərdə inamlı hesablı qələbə qazanan Aleksandr Petrakovun rəhbərlik etdiyi kollektiv 2-Finlandiyanı qabaqlayaraq qrup 2-cisi olub və pley-offa adlayıb.

E qrupunda final mərhələsinə birbaşa yollanacağı dəqiqləşən Belçika səfərdə Uelslə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib. Çexiya yığması isə evdə Estoniyanı məğlub edib. Qrupda 2-ci yeri tutan britaniyalılar pley-offa yüksəliblər. Çexiyalılar isə daha əvvəl UEFA Millətlər Liqasından pley-offa vəsiqəni təmin edib.

Gecənin ən maraqlı oyunları G qrupunda gerçəkləşib. Niderland millisi evdə Norveçə çətinliklə qalib gəlib. Digər önəmli matçda Türkiyə seçməsi səfərdə Monteneqro üzərində əzmkar qələbə qazanıb - 2:1. Matçda hesabı meydan sahibləri açsalar da, 22-ci dəqiqədə Kerem Aktürkoğlu, 60-cı dəqiqədə isə Orkun Kökçü fərqlənərək, qonaqları sevindirib. Bu nəticələrdən sonra qrupu 1-ci sırada tamamlayan "narıncılar" final mərhələsinə, "ay-ulduzlular" isə pley-offa vəsiqə əldə edib.

Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya, İspaniya, İngiltərə və İsveçrə yığmaları DÇ-2022-yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə hələlik Portuqaliya, İsveç, Şotlandiya, Rusiya, Şimali Makedoniya, İtaliya və Polşa millilərinin çıxış edəcəkləri dəqiqləşib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO