FHN Mingəçevir və Ucarda taktiki-xüsusi təlim keçirəcək

FHN Mingəçevir və Ucarda taktiki-xüsusi təlim keçirəcək

Hazırda oxunan: FHN Mingəçevir və Ucarda taktiki-xüsusi təlim keçirəcək

46318

Fövqəladə Hallar Nazirliyi (FHN) 17-19 noyabr 2021-ci il tarixlərində Mingəçevir şəhərində və Ucar rayonunda taktiki-xüsusi təlim keçirəcək.

Bizim.Media xəbər verir ki, “Fövqəladə hallar zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda keçiriləcək təlimə FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Yanğın Nəzarəti Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Aran Regional Mərkəzinin şəxsi heyəti və xüsusi texnikası cəlb ediləcək.

Təlimlərin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı fəaliyyət üzrə əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, komandir-rəis heyəti tərəfindən fövqəladə hal nəticəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, təkliflərin hazırlanması, müvafiq qərarların qəbul edilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahələrində təcrübələrin daha da artırılması, eyni zamanda, şəxsi heyətin xilasetmə, yanğınsöndürmə və texnogen qəzaların nəticələrinin aradan qaldırılması sahələrində fəaliyyətinin təkmilləşdirilməsindən ibarətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO