Ermənistanı etiraz dalğası bürüdü - SAXLANILANLAR VAR - VİDEO

Ermənistanı etiraz dalğası bürüdü - SAXLANILANLAR VAR - VİDEO

Hazırda oxunan: Ermənistanı etiraz dalğası bürüdü - SAXLANILANLAR VAR - VİDEO

4623

Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir.

Bizim.Media xəbər verir ki, aksiya iştirakçıları İrəvandakı küçələri bağlamağa cəhd göstəriblər.

Etirazçılar əvvəlcə Maştots prospekti ilə Tumanyan küçəsinin kəsişməsini bağlamağa çalışıblar. Lakin polis onlarn bu səylərinin qarşısını alıb və etirazçıları  ərazidən uzaqlaşdırıb.

Polis nümayişçilərin Əmiryan küçəsini bağlamaq istəyinə də mane olublar. Aksiya iştirakçıları Respublika meydanına  üz tutduqları üçün mərkəzdə hərəkət çətinləşib.

Erməni mediası polislərin sayının etirazçılardan çox olduğunu qeyd edir. Nümayişçilər arasında saxlanılanlar da var.

Xatırladaq ki, müxalifət Paşinyana istefası üçün 8 dekabr saat 12:00-dək vaxt vermişdi, əks halda itaətsilzik aksiyalarının başlanacağı bəyan edilmişdi.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO